AZ

Goranboyda bir gündə 3 yol qəzası - 6 nəfər xəsarət aldı

Goranboy rayonunda gün ərzində 3 yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, qəzalarda ümumilikdə 6 nəfər xəsarət alıb.

Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində avtomobilin maneəyə çırpılması nəticəsində 1999-cu il təvəllüdlü G.Orucova xəsarət alıb.

Digər yol-nəqliyyat hadisəsi isə Ağcakənd kəndində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü F.Əliyev, 1978-ci il təvəllüdlü E.Məmmədov və 10 yaşlı E.Məmmədov xəsarət alıblar.

Rayonun Boluslu kəndində də yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, sudaşıyan “ZİL” markalı yük avtomobili sementdaşıyan yük maşını ilə toqquşub. Sudaşıyan maşın zərbənin gücündən aşıb. Hadisə zamanı “ZİL”in sürücüsü, 1967-ci il təvəllüdlü M.Babayev, habelə yük maşının da sürücüsü xəsarət alıb.

Qəzalarda xəsarət alanlardan 5 nəfəri xəstəxanaya çatdırılıb, bir nəfərə, sementdaşıyan yüş maşının sürücüsünə isə hadisə yerində ambulator yardım göstərilib.

Faktlarla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
8
qafqazinfo.az

7Mənbələr