1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
UFC-nin orta ağır çəkidə çempionu Aleks Pereyra qadın zorakılığında ittiham olunur.
Oxu.Az xəbər verir ki, onun haqqında Meredit Braun adlı qız "TikTok"da iddia irəli sürüb.
Braunun sözlərinə görə, Pereyra iyunun 2-də "UFC 302" turnirindən sonra təcavüz edib. Pereyra və komandası hələlik bu iddialara reaksiya verməyə tələsmirlər.
Qeyd edək ki, daha öncə ABŞ-nin "Portlend Treyl-Bleyzers" klubunun sabiq basketbolçusu Ben Maklemor dörd fərqli qadına qarşı zorakılıqda ittiham olunmuşdu.