EN

Ermənistanda doğum səviyyəsi AZALIB, ölüm nisbəti ARTIB

Ermənistanda doğum səviyyəsi azalıb, ölüm nisbəti artıb.

interpress.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, 2024-cü ilin yanvar-iyun aylarında Ermənistanda 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 1314 az uşaq doğulub.

2024-cü ilin 6 ayı ərzində Ermənistanda 15 671 uşaq doğulub. 2023-cü ilin eyni dövründə doğulan uşaqların sayı 16 985 nəfər olub.

2024-cü ilin yanvar-iyun aylarında Ermənistanda 13 211 nəfər ölüb ki, bu da ötən illə müqayisədə 2 731 nəfər çoxdur.

Hesabat dövründə əhalinin sayı 2460 nəfər artsa da, əvvəlki illə müqayisədə təbii artım 2045 nəfər azalıb. 2023-cü ilin altı ayı ərzində Ermənistanın əhalisi 4505 nəfər artıb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
3
interpress.az

2Sources