AZ

Ermənistanda ölüm artıb, doğum azalıb

Hurriyyet.az  erməni mətbuatına istinadla xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində ötən ildəki eyni dövr ilə müqayisədə doğulanların sayı 1314 nəfər azalıb, ölənlərin sayı isə 2371 nəfər artıb.

2024-cü ilin ilk 6 ayı ərzində Ermənistanda 15 671 uşaq doğulub, 13 211 nəfər vəfat edib.

2023-cü ilin ilk 6 ayı ərzində isə Ermənistanda 16 985 uşaq doğulub.

Bu barədə Ermənistanın Statistika Komitəsi "Aysor.am" nəşrinə məlumat verib.

Hesabat dövründə əhalinin sayı 2460 nəfər artsa da, əvvəlki illə müqayisədə təbii artım göstəricisi 2045 nəfər azalıb. 2023-cü ilin altı ayı ərzində Ermənistan Respublikasının əhalisi 4505 nəfər artmışdı.

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
50
hurriyyet.az

10Mənbələr