İlon Mask “ChatGPT”nin tərtibatçısı “OpenAI”nin yaradıcıları Sam Altman və Qreq Brokmana qarşı yeni iddia qaldıraraq bəşəriyyətə fayda vermək missiyasına xəyanət etdiklərini bildirib.

İndex.az xəbər verir ki, Şimali Kaliforniya federal məhkəməsinə verilən ərizədə İlon Mask Altman və onun ortaqları tərəfindən bəşəriyyətə xəyanət edildiyini və onların yalnız mənfəət dalınca getdikərini bildirib.

Mask ərizəsində Altmanın və işdə adı keçən digər şəxslərin onu aldatdığını iddia edib və onun süni intellektin yaratdığı təhlükələrlə bağlı insani narahatlığından sui-istifadə edildiyini qeyd edib.