EN

Məktəblərdə vakansiyaların gizlədilməsi halları mümkün ola bilər

“Məktəblərdə vakansiyaların gizlədilməsi halları mümkün ola bilər”.

 

AzEdu.az xəbər verir ki, İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev qeyd edib.

 

O vətəndaşlara çağırış edərək qeyd edib ki, belə halla qarşılaşdıqları zaman agentliyə dəqiq məlumat versinlər:

 

“Bəzən bizə müraciət edirlər ki, filan bölgədə vakansiya gizlədilir,gedin araşdırın. Yaxşı olar ki, vətəndaşlar vakansiyanın gizlədildiyi məktəb və hansı fənn olduğunu dəqiq şəkildə bizə çatdırsın. Yalnız bölgə adı çəkərək bizim araşdırmamızı tələb etmələri düzgün deyil. Əgər məktəb barədə ətraflı məlumat verilərsə, bu hall araşdırılır və qanun çərçivəsində müvafiq addımlar atılır”.

Chosen
35
2
azedu.az

3Sources