EN

Bu ölkə TikTok-u məhkəməyə verdi

ABŞ Ədliyyə Nazirliyi TikTok sosial şəbəkəsini məhkəməyə verib.
BUTA.TV” xəbər verir ki, bu barədə “The New York Times” yazır. Bildirilib ki, buna səbəb 13 yaşından kiçik uşaqların şəxsi məlumatlarının toplanmasıdır. ABŞ səlahiyyətliləri hesab edirlər ki, sosial şəbəkə qanundan yan keçərək, 13 yaşdan kiçik uşaqlara hesab yaratmağa icazə verib və hətta “uşaq rejimində” tətbiq şəxsi məlumatları toplayıb.

Qeyd olunur ki, TikTok nümayəndələri hesabın böyüklərə, yoxsa uşağa aid olduğunu yoxlamaq üçün 5-7 saniyə vaxt sərf ediblər.

Chosen
41
7
buta.tv

10Sources