EN

Ermənistana səfər edən rusların sayı azalıb, Azərbaycana səfər edənlərin sayı artıb

2024-cü ilin yanvar-iyun aylarında Rusiya vətəndaşları xaricə 12,6 milyon səfər edib.

"Operativ Media" Rusiya KİV-ə istinadən xəbər verir ki, bütün səfər məqsədləri nəzərə alınmaqla rusların ölkə seçimində mütləq lider ənənəvi olaraq Türkiyə olub. 

2024-cü ilin yanvar-iyun aylarında Türkiyəyə rusiyalıların axını əvvəlki ilə nisbətən 9,4 faiz artaraq 2,5 milyon səfərə çatıb. 

2023-lə müqayisədə rusların Ermənistana səfəri 17% azalaraq 452,8 min nəfər təşkil edib.

Əvəzində bir il əvvəllə müqayisədə Rusiya vətəndaşları Gürcüstana 31,5% (522,7 min nəfər çox), Azərbaycana isə 26% (340 min nəfər çox) səyahət etməyə başlayıblar.

Chosen
40
2
operativmedia.az

3Sources