EN

Basketbol millimiz Olimpiya oyunlarında son oyununu keçirdi

Azərbaycanın qadınlardan ibarət3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, milli komanda bu dəfə Kanada ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 21:19 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ABŞ ilə Çinə qalib gələrək tarixi uğura imza atmış Azərbaycan yığması daha əvvəl Fransa, İspaniya, Almaniya və Avstraliyaya məğlub olub.


Müəllif: Teleqraf.com
Chosen
34
30
teleqraf.com

10Sources