EN

Livandan İsrailə çoxlu sayda raket atılıb

Bir saat ərzində İsrail ordusu Livandan İsrailin şimalındakı Yuxarı və Qərbi Qaliley bölgələrinə çoxsaylı raket və mərmi atışlarını qeydə alıb.

“İki sahil” xəbər verir ki, ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, artilleriya cavab atəşi açılan ərazilərə zərbələr endirib.

Hərbçilərin məlumatına görə, mərmilərdən biri İsrailin şimalındakı Avivim kəndi yaxınlığında düşüb. Mətbuat xidməti hadisə nəticəsində xəsarət alanların olmadığını qeyd edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
41
8
ikisahil.az

10Sources