AZ

Livandan İsrailə 30-a yaxın raket atıldı

İsrailin şimalında Livan ərazisindən azı 30 raket buraxılışı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.

“Bir müddət əvvəl İsrailin şimalında sirenlər səsləndikdən sonra Livandan Kabri bölgəsinə doğru uçan 30-a yaxın mərmi aşkar edilib, onların bəziləri açıq ərazilərə düşüb”, - məlumatda deyilir.

İtkilər barədə məlumat yoxdur.

Hələlik digər təfərrüat açıqlanmır.


Müəllif: Teleqraf.com
Seçilən
30
8
teleqraf.com

10Mənbələr