Almaniyanın \"Bavariya\" və İngiltərənin \"Tottenhem\" klubları yoldaşlıq görüşü çərçivəsində üz-üzə gəliblər.
AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, Cənubi Koreyada keçirilən matçda münhenlilər 2:1 hesablı qələbəyə sevinib.
Görüşdə hesabı Bundesliqa təmsilçisi açıb. 4-cü dəqiqədə Qabriel Vidoviç fərqlənib. 56-cı dəqiqədə Leon Qoreçka fərqi iki topa çatdırıb.
İngiltərə kollektivinin yeganə qoluna isə 65-ci dəqiqədə Pedro Porro imza atıb.
Qeyd edək ki, bu komandalar 1 həftə sonra yoxlama matçında yenidən üz-üzə gələcəklər.