AZ

“Bavariya“ “Tottenhem“ görüşündə sevinən tərəf Almaniya klubu oldu

Almaniyanın "Bavariya" və İngiltərənin "Tottenhem" klubları yoldaşlıq görüşü çərçivəsində üz-üzə gəliblər.

 Cənubi Koreyada keçirilən matçda münhenlilər 2:1 hesablı qələbəyə seviniblər.

Görüşdə hesabı Bundesliqa təmsilçisi açıb. Dördüncü dəqiqədə Qabriel Vidoviç fərqlənib. 56-cı dəqiqədə Leon Qoreçka fərqi iki topa çatdırıb.

İngiltərə kollektivinin yeganə qoluna isə 65-ci dəqiqədə Pedro Porro imza atıb.

Qeyd edək ki, bu komandalar bir həftə sonra yoxlama matçında yenidən üz-üzə gələcəklər.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
6
news365.az

7Mənbələr