EN

İran İnqilab Keşikçiləri HƏMAS liderinin necə öldürüldüyünü açıqlayıb

Fələstinin HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə təxminən 7 kq ağırlığında döyüş başlığı ilə İsrail ordusunun qısa mənzilli mərmisi ilə öldürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib.

İran hərbçiləri ABŞ-ı Haniyənin öldürülməsinə dəstək verməkdə ittiham edib və lazımi vaxt və yerdə qisas alacaqlarına söz veriblər.

İsmayıl Haniyə iyulun 31-də İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına hücum nəticəsində həyatını itirib. Qrup onun qətlində İsraili günahlandırıb, İsrail bunu rədd edib.

Chosen
180
15
operativmm.az

10Sources