AZ

İran Xarici İşlər Nazirliyi Lavrova İsrailin “qırmızı xətti keçdiyini” deyib

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani Rusiya xarici işlər naziri Sergey Lavrova telefonla deyib ki, İsrail Tehranda HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni öldürməklə “qırmızı xətti keçib”.

Nazir vurğulayıb ki, İranın cavab vermək üçün ayrılmaz hüququ var.

“İsmail Haniyəni öldürməklə İsrail rejimi qırmızı xətti keçərək regionda və dünyada sülh və sabitliyi təhlükə altına atıb, buna görə də İran İslam Respublikası şübhəsiz ki, öz ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq kimi ayrılmaz və qanuni hüququndan istifadə edəcək. “Report” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi “Telegram” kanalı məlumat yayıb.

Bundan əvvəl BMT bəyan edib ki, İsrailin Beyruta hücumları və İranda Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi Qəzzada müharibənin dayandırılmasının zəruri olduğu bir vaxtda Yaxın Şərqdə gərginliyin artmasına gətirib çıxarır.

Mənbə TASS

Seçilən
157
5
dogru.az

10Mənbələr