EN

Yeni icra başçısına "Qarabağ" forması hədiyyə olundu

"Qarabağ"ın baş direktoru Emrah Çəlikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Adil Əliyevlə görüşüb.

Prosport.Az xəbər verir ki, görüş İcra Hakimiyyətinin binasında baş tutub.

"Qarabağ"ın davamlı uğurlarından bəhs edən A.Əliyev komandanın oyunlarını maraqla izlədiyini və göstərdiyi futboldan zövq aldığını bildirib. İcra başçısı vurğulayıb ki, iş qrafiki imkan verdikcə bu komandanın görüşlərində iştirak edəcək və hər zaman dəstəkləyəcək. Klub rəsmiləri Əliyevi yeni vəzifəyə təyin olunması ilə bağlı təbrik edib, ona uğurlar arzulayıb. Görüşün sonunda Əmrah Çəlikəl icra başçısına “Qarabağ”ın formasını hədiyyə edib.

Qeyd edək ki, ötən ayın 8-də Adil Əliyev ölkə başçısı İlham Əliyev tərəfindən Suraxanı rayonuna icra başçısı təyin olunub.

Chosen
38
13
prosport.az

10Sources