EN

Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb

Milli Hidrometeorologiya Xidmətinin avqustun 3-ü saat 11:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 12, Zaqatala 6, Qusarda 5, Balakən, Şəki, Ceyrançöl, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.


Daşkəsən, Gədəbəy, Qax, Qrızda duman müşahidə olunub.


Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34°, Naxçıvan Muxtar Respublikasında 33-35°, Aran rayonlarında 32-35°, dağlıq rayonlarda isə 19-22° isti olub.

Chosen
147
35
ekologiya.az

10Sources