AZ

FAKTİKİ HAVA - Şimşək çaxıb, arabir yağış yağıb

Avqustun 03-ü saat 11:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Ednews  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 12 mm, Zaqatala 6 mm, Qusarda 5 mm, Balakən, Şəki, Ceyrançöl, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Qax, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34, Naxçıvan MR-da 33-35, Aran rayonlarında 32-35, dağlıq rayonlarda isə 19-22 dərəcə isti olub.

Seçilən
131
35
ednews.net

10Mənbələr