Almaniyanın Nürburqrinq yarış trekində partlayış baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb .
Mənbənin məlumatına görə, insident altı saatlıq ADAC Ruhr Kubokunun dözümlülük yarışı zamanı baş verib. Qaz balonunun partladığı qeyd edilir. Nəticədə 22 nəfər xəsarət alıb, onlardan 4-ü ağır yaralanıb. Onlar xilasedici helikopterlə yaxınlıqdakı xəstəxanalara aparılıb.
Almaniya hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Onlar hadisə yerini mühasirəyə alıblar.
İyun ayında Çexiyada Jicin şəhərinin küçələrində keçirilən ənənəvi tarixi motosiklet yarışı zamanı motosiklet yarışçısı tamaşaçı kütləsinə çırpılıb , nəticədə 5 nəfər xəsarət alıb.