EN

"Mən utanıram, kişi özünü təlxək kimi apara bilməz - Nurməhəmmədov

Rusiyalı UFC döyüşçüsü, ağır çəki dərəcəsində mübarizə aparan Umar Nurməhəmmədov divizion çempionunun çılğın amerikalı Şon O’Malli olmasından utandığını deyib.

Publika.az xəbər verir ki, o, Daniel Kormeyə müsahibəsində bunları söyləyib:

“Şon və mən iki fərqli insanlarıq. O, gülüş obyekti olmağı xoşlayır. O və mən fərqliyik. Mən utanıram ki, Şon O’Malli bizim divizionun çempionudur. Kişi fərqli olmalıdır – gənc nəsil üçün yaxşı nümunə olmalıdır və özünü təlxək kimi apara bilməz.

Hətta Şon Striklend ona təlxək kimi göründüyünü deyir. Pul həqiqətən buna dəyərmi? Yox, kişi güclü olmalıdır. Kişi centlmen olmalıdır. Kişi rəqs edən kloun deyil. Bundan əlavə, biz UFC-ni nəyin narahat etdiyini bilirik – onun qarşısına yaxşı güləşə malik güclü döyüşçülər çıxarmaq istəmirlər”.

Chosen
112
50
publika.az

10Sources