EN

İnfarkt kişilərdə daha çox müşahidə olunur,  yoxsa qadınlarda?

İnfarkt İnfarkt kişilərdə daha çox müşahidə olunur,

"Azərbaycanda da ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb.1960-1980-ci illərdə 35-50 yaşlı insanlarda miokard infarktına çox az, hətta nadir hallarda təsadüf olunurdusa, indi xəstələrin 30-35 faizində infarkt bu yaşda əmələ gəlir".

E-saglam.az xəbər verir ki, bu sözləri Hit.az-a, həkim ekspert Adil Qeybulla deyib.

 

O bildirib ki, infarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir. Ümumilikdə, infarktın baş verməsi hallarına daha çox kişilər arasında təsadüf olunur:

 "Lakin infarkt nəticəsində qadın orqanizmi daha ciddi zədələnir. Buna görə də qadınlarda infarktdan sonra ölüm halları kişilərlə müqayisədə çoxdur. Çünki qadın orqanizmi buna hazır deyil. Qadınlar infarktın elə ilk dəfə baş verməsi nəticəsində ölə bilər. Çünki onlarda zədələnmənin dərəcəsi də ağır olur və daha çox fəsad yaranır. Həm də qadınlar bu xəstəliyə bir az qeyri-ciddi yanaşır, kişilər isə qorxur. Həm qadın, həm də kişilərdə müəyyən yaş dövrünün onların həyatı üçün daha risqli olması, konkret olaraq 40 yaşın kişilərin sağlamlığı üçün risqli olması ilə bağlı deyilənlərin heç bir elmi əsası yoxdur. Bu fikir insanlarda qorxudan yaranıb. Buna görə də kişilər 40 yaşı özləri üçün risqli yaş hesab edir".

E-saglam.az 

Chosen
95
23
e-saglam.az

10Sources