EN

"Avropa İttifaqı Trampın Ağ Evə dönüşünə hazırlaşır" - "Financial Times"

 
"Donald Trampın Ağ Evə mümkün dönüşü bütün dünya üçün birmənalı neqativ nəticələr törədə bilər..."
 
Avropa İttifaqı ABŞ-ın siyasətinin mümkün dəyişməsinə hazırlıq üçün işçi qrupu yaradıb
 
Brüssel Trampın Avropa İttifaqından idxala rüsumlar tətbiq edəcəyi, Ukraynaya hərbi və maliyyə yardımını dayandıracağı və onu Rusiyanın şərtləri əsasında müharibənin bitməsinə razılaşmağa vadar edəcəyindən narahatdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Məlumatda deyilir ki, Avropa Komissiyası Donald Trampın Ağ Evə mümkün dönüşünə hazırlıq üçün məmurlardan ibarət xüsusi qrup formalaşdırıb.
 
Nəşrin yazdığına görə, Avropa İttifaqı Vaşinqtonun sərbəst ticarət və Ukraynaya dəstək kimi məsələlər üzrə mövqeyinin kəskin dəyişəcəyi halda fəaliyyət strategiyası hazırlayır.
 
Nəşrin mənbələrinin sözlərinə görə, bu qrup Kamala Harrisin prezidentliyinin Avropa İttifaqına necə təsir göstərəcəyini və Brüsselin ABŞ-ın noyabr seçkilərindən sonra siyasətində dəyişikliklərə necə hazırlaşmalı olduğunu müəyyən etməlidir.
 
"Brüssel Trampın ikinci prezidentlik müddətindən Avropa İttifaqından idxala ağrılı tarifləri tətbiq edəcəyi, Ukraynaya hərbi və maliyyə yardımını dayandıracağı və Kiyevi Moskvanın müharubənin bitməsi şərtlərinə razı salmağa məcbur edəcəyindən dərin narahatlıq keçirir.
 
Avropa müttəfiqləri həmçinin Trampın ABŞ-ı NATO-dan çıxarmaq barədə əvvəlki təhdidlərindən və ya öz müdafiəsinə, onun sözlərinə görə, az vəsait sərf edən ölkələr üçün qarşılıqlı müdafiə barədə müddəanı əhəmiyyətli dərəcədə sarsıdacağından narahatdır", - nəşr yazıb.
 
Komitə sentyabrda fəal işə başlamağı və Avropa ölkələri hökumətləri ilə Avropa İttifaqının potensial həssaslığı və neqativ qərarların yumşaldılma üsullarının dəyərləndirilməsi üzrə fikir mübadiləsi məqsədilə qarşılıqlı əlaqələrin genişləndirilməsini planlaşdırır.
 
Bundan başqa, ABŞ-ın Avropaya münasibətdə siyasətində, məsələn, Avropa İttifaqı vergi ödəyiciləri üçün Ukraynanın müdafiəsinə potensial olaraq daha çox vəsait yatırmaq zərurəti kimi ciddi dəyişikliklərin baş verəcəyi halda kommunikasiya planlarının işlənib hazırlanmasına xüsusi diqqət yetiriləcək.
 
Həmçinin Trampın mümkün ikinci prezidentliyinə hazırlaşan məmurların analoji qrupu həm də Almaniya Xarici İşlər Nazirliyində yaradılıb.
 
Trampın ikinci prezidentlik müddəti - mümkün nəticələr
 
"Financial Times" nəşrinin əvvəllər yazdığı kimi, Donald Trampın mümkün prezidentliyi Ukrayna üçün təkcə silah tədarükünün dayandırılması və ərazi güzəştlərinə məcbur ediləcəyi ilə deyil, həm də neytral statusa məcbur edilməsilə təhlükə törədir ki, bu da Kremlin ən çox arzuladığı məqsəddir.
 
Həmçinin xəbər verilib ki, Donald Trampın Ağ Evə dönüşü bütün dünya üçün birmənalı neqativ nəticələr törədə bilər. Əgər o, özünün Çindən  idxala 60 faizlik və digər ölkələrdən 10 faizlik rüsum vədini gerçəkləşdirərsə, bu, dünya ticarətinin indiki arxitekturasını dağıdacaq.
Chosen
142
50
moderator.az

10Sources