EN

Qazaxın qaytarılan kəndlərində mina partlayıb, xəsarət alan var

2024-cü il avqustun  2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunan  razılaşma əsasında Azərbaycana geri qaytarılan Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb. Bu barədə Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

"Hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Xəyal Əhədli və Minatəmizləmə Agentliyinin əməkdaşı Afiq Mehdizadə  minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar",  -  məlumtda bildirilib.

Agentliyin əməkdaşları Elçin Ələkbərov və Yavər Mirzəyev qəlpə yaraları alıblar.

"Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıb. Həyatları üçün təhlükə yoxdur",  - məlumatda deyilib.

Hazırda Şəmkir hərbi və Qazax rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalistin iştirakı ilə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.
 
N.Təbrizli


www.anews.az
Chosen
42
49
anews.az

10Sources