"Hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Xəyal Əhədli və Minatəmizləmə Agentliyinin əməkdaşı Afiq Mehdizadə minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar", - məlumtda bildirilib.
Agentliyin əməkdaşları Elçin Ələkbərov və Yavər Mirzəyev qəlpə yaraları alıblar.
"Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıb. Həyatları üçün təhlükə yoxdur", - məlumatda deyilib.
Hazırda Şəmkir hərbi və Qazax rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalistin iştirakı ilə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.
N.Təbrizli
www.anews.az