EN

“Sabah”ın oyununun yeri dəyişdirilib

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün ilk turunun oyun cədvəlində dəyişiklik edilib.

PFL-dən İdman.bizə verilən məlumata görə, buna “Sabah”ın müraciəti və “Şamaxı”nın razılığı səbəb olub.

Nəticədə "Şamaxı" - "Sabah" oyunu ilə XVIII turun "Sabah" - "Şamaxı" matçının yeri dəyişdirilib.

Bu, Bakı klubunun UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə daha yaxşı hazırlaşması məqsədi ilə edilib. “Sabah” növbəti qarşılaşmada "Sent-Patriks Atletik" (İrlandiya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, avqustun 4-də keçiriləcək I turun "Sabah" - "Şamaxı" görüşü saat 17:30-da başlayacaq.

İdman.biz

Chosen
24
1
idman.biz

5Sources