Yakutiyada baş verən ağır yol qəzası 9 nəfərin ölümünə səbəb olub.
Bakuinfo.net xəbər verir ki, Rusiya KİV-ə istinadən hadisənin bu gün yerli vaxtla saat 6 radələrində Lena federal magistralının 786-cı kilometrliyində baş verdiyini bildirir. “Toyota Hiace” markalı mikroavtobus dayanmış “Scania” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində 9 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.