Həftəsonu bəzi bürclər üçün uğursuz hadisələrlə yadda qala bilər.
Demokrat.az metbuat.az-a istinadən bildirir ki, astroloqlar Balıqlar, Dolça və Əqrəb bürclərinin bu həftəsonu şanssızlıqla üzləşəcəklərini düşünürlər.
Balıqlar - vacib qərarlar vermək üçün bu həftəsonunu gözləyirdinizsə, bir qədər də gözləmək lazım gələcək. İstirahətinizə vaxt ayırmaq və problemlərdən qısa müddət də olsa uzaq durmaq faydalı olacaq.
Dolça - həftəsonu şəxsi münasibətlərdə olan problemlər bir qədər də dərinləşə bilər. Ətrafınızdakı insanlara diqqət göstərməyə, səmimi olmağa çalışın. Eyni zamanda maliyyə problemləri ilə üzləşə bilərsiniz.
Əqrəb - bu bürc altında doğulan insanlar həftəsonunda iş həyatı və bizneslə bağlı pis xəbərlər ala bilərlər. Ailə və dostlarla münasibətlərdə də anlaşılmazlıqlar yaşana bilər. Riskli qərarlar vermək lazım gələcək.
6Sources
-
day.azHəftəsonu bu bürclər üçün "qara buludlar" gəlir ( 9418160)
-
qlobal.netHəftəsonu bu bürclər üçün "qara buludlar" gəlir ( 9382174)
-
demokrat.azHəftəsonu bu bürclər üçün "qara buludlar" gəlir ( 9381890)
-
demedia.azHəftəsonu bu bürclər üçün "qara buludlar" gəlir ( 9381338)
-
milli.azHəftəsonu bu bürclər üçün "qara buludlar" gəlir ( 9380651)
-
metbuat.azBu bürcləri həftəsonu şanssızlıq gözləyir ( 9380117)