Bakı. Trend:
Türkiyənin Dənizli vilayətində ağır yol qəzası baş verib.
Trend Türkiyəmətbuatına istinadən xəbər verir ki, Pamukkale rayonundamikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 2 nəfərhadisə yerində ölüb, 10 nəfər isə yaralanıb. Yaralanan şəxslərintoxuculuq firmasının əməkdaşları olduğu bildirilir.
Hadisə yerinə təcili yardım, jandarma, polis və xilasedicilərcəlb edilib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.