EN

İdmanUEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB - 11

SİZİN REKLAM BURADA!055 213 76 73

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Sabah" - "Makkabi" (Hayfa, İsrail) ilə qarşılaşıb.

Bakıdakı “Bank Respublika Arena”da baş tutan məhsuldar görüş qonaq komandanın 6:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçisim səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabər olub və qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. Burada da qalib tərəf bəlli olmadığından qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib.

Penaltilər seriyasında daha dəqiq oynayan (3:2) "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.

***22:45

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçının əsas və əlavə vaxtı başa çatıb.

“Bank Respublika Arena”dakı görüş qonaqların 6:3 hesablı qələbəsi ilə bitib.

Bakı təmsilçisi səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən qalib penaltilər seriyasında bəlli olacaq.

***22:18

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçının əlavə vaxtında hesab yenidən dəyişib.

“Bank Respublika Arena”dakı görüşdə meydan sahibləri qol vurub 3:5.

102-ci dəqiqədə Coy-Lans Mikels fərqlənib.

Bakı təmsilçisi səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən bu nəticə "Sabah"ı növbəti mərhələyə çıxarmaq üçün kifayət edir.

***21:59

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında əsas vaxt başa çatıb.

“Bank Respublika Arena”dakı görüş qonaqların 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakl təmsilçisi səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabərləşib. Komandalar hər biri 15 dəqiqədən ibarət olan iki hissədə güclünü ayırd etməyə çalışacaq.

***21:52UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında qonaq komanda növbəti qolu vurub.

“Bank Respublika Arena”dakı görüşdə 90-cı dəqiqədə Pierro Françdi dubl müəllifi olub - 5:2.

Bu qoldan sonra iki oyunun nəticəsinə əsasən hesab bərabərləşib.

***21:35UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ard-arda üç qol vulub.

“Bank Respublika Arena”dakı görüşdə 70-ci dəqiqədə Bakı klubunun qapısına yol tapan Simiç hesabı 3:1 edib.

1 dəqiqə sonra "bayquşlar" Kahim Parrislə fərqi azaltmağa müvəffəq olublar. Bununla belə, 73-cü dəqiqədə Leor Rafaelovla daha bir qol vuran "Makkabi" hesabı 4:2-yə çatdırıb.

***21:27

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında növbəti qol vurulub.

“Bank Respublika Arena”dakı görüşdə qonaqlar növbəti dəfə hesabda önə çxııb - 2:1.

67-ci dəqiqədə Pierro Françdi fərqlənib.

***21:07

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ikinci hissə qolla start götürüb.

 “Bank Respublika Arena”dakı görüşdə Bakı klubu hesabı bərabərləşdirib - 1:1.

47-ci dəqiqədə Pavol Şafranko adını tabloya yazdırıb.

***20:47

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ilk hissə başa çatıb.

“Bank Respublika Arena”dakı görüşdə qonaq komanda öndədir - 1:0.

17-ci dəqiqədə Dolev Haziza fərqlənib.

***20:17

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında hesab açılıb.

“Bank Respublika Arena”dakı görüşdə qonaqlar hesabda önə çıxıb.

17-ci dəqiqədə Dolev Haziza fərqlənib.

***20:00

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçı start götürüb.

Qarşılaşma “Bank Respublika Arena”da keçirilir.

Görüşü slovakiyalı Peter Kraloviç idarə edir.

***19:05

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Sabah” – “Makkabi” (Hayfa, İsrail) matçının start heyətləri açıqlanıb.

"Bank Respublika Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında baş tutan ilk matçda Bakı klubu 3:0 hesabı ilə qələbə qazanıb.

Komandalar aşağıdakı heyətlə çıxacaqlar:

"Sabah": Yusif İmanov, Amin Seydiyev, Sofyan Çakla, Con İrasabal, Boyan Letiç, İvan Lepiniça, Ayaz Quliyev, Kahim Parris, Cessi Sekidika, Mikkels, Pavol Safranko.

"Makkabi": Keuof, Pier Kornyo, Lorenso Şimiç, Aleksandr Sirota, Daniel Sundqren, Mahmud Caber, Ali Mohamed, Dolev Haziza, Qadi Kinda, Pierro Françdi, Dia Saba.

report.azUEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçının əsas və əlavə vaxtı başa çatıb. "Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüş qonaqların 6:3 hesablı qələbəsi ilə bitib. Bakı təmsilçisi səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən qalib penaltilər seriyasında bəlli olacaq. BAKU.WS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
9
far.az

10Sources