AZ

"Sabah" növbəti mərhələyə vəsiqə QAZANDI

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Sabah" - "Makkabi" (Hayfa, İsrail) ilə qarşılaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakıdakı “Bank Respublika Arena”da baş tutan məhsuldar görüş qonaq komandanın 6:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçisim səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabər olub və qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. Burada da qalib tərəf bəlli olmadığından qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib.

Penaltilər seriyasında daha dəqiq oynayan (3:2) "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
15
operativmm.az

10Mənbələr