Türkiyə ötən ilin oktyabr ayından bəri NATO-nun İsraillə bütün münasibətlərinə, o cümlədən birgə iclaslar və təlimlər keçirməsinə veto qoyub.
Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirir ki, Ankara İsrailin Qəzzada fələstinlilərə qarşı törətdiyi qırğını NATO-nun təsis prinsiplərinin pozulması kimi qiymətləndirib.
“Türkiyə bəyan edib ki, alyans münaqişə bitənə qədər İsraillə tərəfdaş kimi əlaqəyə girməməlidir”, - deyə vurğulanıb.
Daşqın HəsənovMissiya.Az