EN

Hakan Fidan Haniyə ilə son görüşündən danışdı – VİDEO

Türkiyənin Xarici işlər naziri Hakan Fidan bir gün əvvəl öldürülən Həmas lideri Haniyə ilə görüşündən danışıb.

Medianews.az xəbər verir ki, Hakan Fidan Haniyənin öldürülməsindən sonra verdiyi açıqlamada Haniyənin ölümünü “sülhün ölümü” adlandırıb.

Ölümündən bir gün əvvəl Haniyə ilə Tehranda görüşündən danışan Hakan Fidan bunları deyib: “Dünən mən prezidentimizi təmsil edərək Tehrana İran prezidentinin andiçmə mərasiminə getdim. Haniyə ilə günorta saat 16:00 radələrində andiçmə mərasimində görüşdük. Andiçmə mərasimindən sonra bəzi İran rəsmiləri ilə görüşlərim oldu. Mən axırıncı görüşdən çıxanda o da orda gəzirdi. Həmin vaxt yenidən görüşdük. Səhər saat 05.15-də dostlarımdan xəbər aldım, ölüm xəbərini çatdırdılar. Bir insan kimi çox bəyəndiyim və qiymətləndirdiyim bir qardaşımız idi. Haniyə doğru bildiyi yolda 60-a yaxın qohumunu itirsə də, mövqeyini heç vaxt itirməyib. Onun dözümü çox güclü idi”.

“Netanyahu bir şeyi yaxşı bilir. Onlar Amerikanı girov götürüb. Əgər İsrail Livanda müharibəyə başlayarsa ABŞ-ın Netanyahunun arxasında durmaqdan başqa çarəsi yoxdur”,-deyə H.Fidan bildirib.

Hakan Fidan eyni zamanda bildirib ki, Netanyahunun ABŞ Konqresindəki çıxışında ayaqda alqışlanması da İsraili ruhlandırıb.

“Bir daha sizin vasitənizlə İsmayıl Haniyəyə Allahdan rəhmət diləyirəm. Ailəsinə, Fələstin xalqına və İslam dünyasına başsağlığı verirəm”,-deyə Hakan Fidan sonda bildirib.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
116
50
medianews.az

10Sources