"WhatsApp" mesencerində iki dəfə klikləməklə mesaja reaksiya göndərməyə imkan verən yeni funksiya olacaq.
Aznews.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Mütəxəssislər bildiriblər ki, yeni seçim istifadəçilərə yazının üzərinə iki dəfə toxunmaqla onu bəyənməyə imkan verəcək.