EN

Xarici siyasətAzərbaycan səfiri Türkiyənin XİN başçısının müavini ilə ATƏT çərçivəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci ilə ATƏT çərçivəsində əməkdaşlığı müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

“Nazir müavini səfir Berris Ekinci Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovla görüşüb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, tərəflər “enerji və nəqliyyat sahələrində əlaqələr və çoxtərəfli platformalarda, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq” ətrafında fikir mübadiləsi aparıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
11
far.az

10Sources