EN

Pakistanda tayfalar arasında qarşıdurma: Ölənlər var

Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində iki tayfa arasında baş verən silahlı qarşıdurmada 43 nəfər ölüb, 180 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, ''Dawn'' qəzetinin məlumatına görə, rəsmilər Əfqanıstanla sərhəddə yerləşən Hayber Paxtunxva əyalətinin Kurram bölgəsində tayfalar arasında 6 gün əvvəl toqquşmaların yaşandığını bildiriblər.

Səlahiyyətlilər müxtəlif tayfa ağsaqqallarının müdaxiləsi ilə tərəflər arasında atəşkəsin əldə edildiyini bildirsələr də, Kürrəmin müxtəlif məntəqələrində qarşıdurmaların davam etdiyini bildiriblər.

Gecə boyu davam edən minaatan hücumları nəticəsində 8 nəfər ölüb, 14 nəfər yaralanıb.

Səlahiyyətlilər, son 6 gündür davam edən qarşıdurmalarda həyatını itirənlərin sayının 43-ə, yaralıların sayının isə 180-ə yüksəldiyini deyərək, ölənlərin sayının artacağından narahat olduqlarını bildiriblər.

Rayonda yaranmış gərginlik səbəbindən bütün məktəblərdə tədris və əsas yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Pişəvər və Paraçinarı birləşdirən magistral avtomobillərin hərəkəti üçün bağlanıb.

Yerli əhali bildirib ki, yolların bağlanması ərzaq və dərman təminatında problemlər yaradıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
4
cebheinfo.az

5Sources