AZ

Pakistanda tayfalar arasında qarşıdurma nəticəsində həlak olanların sayı 43 nəfərə çatıb

Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində iki tayfa arasında baş verən silahlı qarşıdurma nəticəsində həlak olanların sayı 43-ə, xəsarət alanların sayı da 180 nəfərə çatıb.
''Dawn'' qəzetinin məlumatına görə, rəsmilər Əfqanıstanla sərhəddə yerləşən Hayber Paxtunxva əyalətinin Kurram bölgəsində ''Boşehra'' və ''Məlikel'' tayfaları arasında altı gün əvvəl başlayan mübahisələr qarşıdurmaya çevrilib.

Səlahiyyətlilər qarşıdurmaların Kurramın fərqli bölgələrində davam etdiyini qeyd edib. Gecə ərzində davam edən toqquşmalar nəticəsində 8 adamın daha öldüyü, 14 adamın da yaralandığı bildirilib.

Son altı gündə baş verən toqquşmalarda 43 nəfərin öldüyü, 180 nəfərin yaralandığı vurğulanıb.

Bölgədəki gərginlik səbəbindən bütün məktəblərin fəaliyyəti dayandırılıb. Əsas yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
4
trt.net.tr

5Mənbələr