EN

Baş nazir Əli Əsədov Tehranda İranın yeni təyin olunmuş Birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 30-da Tehranda İran İslam Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əli Əsədov Məhəmməd Reza Arefi İranın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Görüşdə iki dövlət arasında tarixi köklərə əsaslanan münasibətlərin hazırkı dönəmdə ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.
Azərbaycan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
39
turk.az

10Sources