EN

Türkiyə və Ermənistan diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılıq əldə ediblər

Türkiyə və Ermənistan arasında diplomatik pasport sahibləri üçün viza prosedurlarını qarşılıqlı asanlaşdırmaq barədə razılıq əldə olunub.

Day.Az bu barədə Ermənistan KİV-ə xəbər verir.

Qeyd olunub ki, tərəflər həmçinin Axurik/Akyaka dəmir yolu sərhəd keçidini işə salmaq üçün regionun texniki ehtiyaclarını qiymətləndirmək barədə razılıq əldə ediblər.

Rubinyan və Kılıç iki ölkə arasında münasibətlərin tənzimlənməsinin yekun məqsədinə nail olmaq üçün hər hansı ilkin şərt olmadan, tənzimləmə prosesini davam etdirməyə sadiq olduqlarını təsdiqləyiblər.

Qeyd edək ki, bu gün Ermənistan-Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıçın 5-ci görüşü keçirilir.

Chosen
37
18
day.az

10Sources