EN

Türkiyə və Ermənistan viza prosedurlarını sadələşdirmək barədə razılığa gəliblər - VİDEO

Ermənistan və Türkiyə arasında nizamlanma prosesi üzrə xüsusi nümayəndələr, Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan və səfir Serdar Kılıç regiondakı inkişaflara uyğun olaraq Ahurik-Akyaqa dəmir yolu sərhəd keçid məntəqəsinin açılması üçün texniki ehtiyacları qiymətləndirmək, həmçinin diplomatik/xidmət pasportlarına malik olanlar üçün viza prosedurlarını qarşılıqlı olaraq sadələşdirmək barədə razılığa gəliblər.

Ednews xəbər verir ki, onlar iki ölkə arasında tam nizamlanmaya nail olmaq üçün heç bir ilkin şərt qoyulmadan nizamlanma prosesinin davam etdirilməsi barədə razılığın bir daha vurğuladılar.

Chosen
55
18
ednews.net

10Sources