Narkotik vasitə qəbul edib avtomobil sürən sürücü həbs olunub.
Demedia.az xəbər verir ki, Masallı şəhər sakini Vüsal Muradov idarə etdiyi "Mercedes" markalı avtomobillə yol hərəkət qaydasını pozduğu üçün Ələt-Astara yolunun 157-ci kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci taqımının əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan V.Muradovun narkotik vasitədən istifadə etdiyi də müəyyən olunub.