EN

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı - Video

Ağadadaş Ağayevin ötən gün verdiyi açıqlamalara, xalqdan üzr istəmə videosuna baxdım, öz-özümə dedim ki, "bu cür gözəl insana necə əl qaldırmışam". O, orada bildirir ki, mən müsəlmanları təhqir etmişəm və s. Məgər, Ağadadaş Ağayev müsəlmanları təmsil edir? Onun mənə söyüşlərinə qarşılıq olaraq onu söymüşəm. Müsəlmanları niyə söyüm ki?"

Axar.az xəbər verir ki, bu sözləri TV Musavat-ın canlı efirində qonaq olan "Medera" hospitalının mühafizəçisi Nurəddin Cəlilov deyib.

O qeyd edib ki, Birinci Qarabağ müharibəsi qazisidir:

"Mən özüm Birinci Qarabağ savaşının iştirakçısıyam, 1992-93-cü illərdə ön cəbhədə vuruşmuşam. Ayağımdan ağır yaralanmışam".

Chosen
66
15
axar.az

10Sources