EN

Pakistanda tayfalar arasında qarşıdurma, ölən və yaralananlar var

Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində iki tayfa arasında baş verən silahlı qarşıdurmada 35 nəfər ölüb, 166 nəfər yaralanıb.
”Dawn” qəzetinin məlumatına görə, rəsmilər Əfqanıstanla sərhəddə yerləşən Hayber Paxtunxva əyalətinin Kurram bölgəsində tayfalar arasında beş gün əvvəl toqquşmaların yaşandığını bildiriblər.

Səlahiyyətlilər son 5 gündə baş verən toqquşmalarda 35 nəfərin öldüyünü, 166 nəfərin yaralandığını qeyd ediblər.

Bölgədəki gərginlik səbəbindən bütün məktəblərin fəaliyyəti dayandırılıb. Əsas yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Yerli əhali yolların bağlanmasının ərzaq və dava-dərmanın təminatında ciddi problemlərə səbəb olduğunu bildirib.

Qeyd edək ki, keçən həftə Boşehra və Məlikel tayfaları arasında başlayan mübahisələr şiddətli qarşıdurmaya çevrildi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
4
veteninfo.az

5Sources