EN

İngiltərədə bıçaqlı hücum: 2 uşaq ölüb, 9-u yaralanıb

İngiltərədə

London, 30 iyul, AZƏRTAC

İngiltərənin Sautport şəhərində bıçaqlanma hadisəsi baş verib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərindən birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 2 uşaq isə aldığı zərbələrdən xəstəxanada həyatını itirib.

Polisin məlumatına görə, 17 yaşlı gənc hadisə ilə bağlı saxlanılıb. Polis hadisənin terrorla əlaqəli olmadığını və başqa heç bir şübhəlini axtarmadıqlarını deyib. Yaralılar bölgədəki xəstəxanalara çatdırılıb.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
104
14
azertag.az

10Sources