Bakı. Trend:
Azərbaycan millisinin daha bir badmintonçusu Paris-2024 YayOlimpiya Oyunlarında mübarizəyə başlayır.
Trend İdman.biz-əistinadən xəbər verir ki, Edi Reski Dviçayo bu gün qrupmərhələsində ilk matçına çıxıb.
Təmsilçimiz Avstriya idmançısı Kollins-Valentin Filimonlaqarşılaşıb. Dviçayo hər iki qeymi qələbə ilə başa vurub.
O, qrup liderliyi uğrunda Anders Antonsenlə (Danimarka)qarşılaşacaq. Görüş iyulun 31-də olacaq.
Qeyd edək ki, Edinin yer aldığı E qrupunun qalibi birbaşa 1/4finala yüksələcək.
Badminton
Kişilər, fərdi yarış
Qrup mərhələsi, E qrupu
29 iyul, II tur
22:20. Edi Reski Dviçayo - Kollins-Valentin Filimon (Avstriya) -2:0 (21:18, 21:11)