EN

Qəzzada ölənlərin sayı 39 min 324 nəfər çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 66 nəfər artaraq 39 min 324 nəfərə çatıb.

BiG.AZ xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 296 gündür hücumları ilə bağlı məlumat verilib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələrinə görə tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi bildirilib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
87
5
big.az

6Sources