Azərbaycan Texniki Universitetinə rektor təyin edilib
Vilayət Vəliyev yenidən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru təyin edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, V.Vəliyev ilk dəfə 2019-cu ildə AzTU-ya rektor təyin edilib.