"Turan Tovuz" Roderik Millerlə müqaviləni uzadıb.
.Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Panama millisinin də üzvü olan müdafiəçi 2025-2026-cı illər mövsümünün sonunadək Tovuz təmsilçisində çıxış edəcək.. Onun əvvəlki müqaviləsi 2025-ci ilin iyununa qədər idi.
R.Miller "Turan Tovuz"un heyətində Misli Premyer Liqasında 32 oyun keçirib və 6 qol vurub.
"Turan Tovuz" bu yay Şəhriyar Əliyev,Aleks Souza, Emmanuel Hakman, Alexandro Serrano,Ayxan Hüseynov, Sadiq Quliyev, Otto Con, Faiq Hacıyev, Eltun Turabov, Denis Marandiçi və Xəyal Nəcəfovla da müqaviləni uzadıb.