AZ

“Qarabağ”a daha çox fayda vermək istəyirəm” – Braziliyalı qolçu

“Özümüzə inam qazanmaq baxımından çox önəmli oyun idi.

Həm də oyun ritmini hiss etmək üçün xeyirli oldu.

Qarşıda bir həftə var. Bu həftə ərzində növbəti oyuna köklənmək üçün çalışmaq lazımdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu Olaviyo Juninyo Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Linkoln"u darmadağın etdikləri oyun (5:0, ilk matç - 2:0) haqda deyib.

Braziliyalı son görüşdə 3 qol vurmasına baxmayaraq, daha çox çalışmalı olduğunuqeyd edib:

“Çünki komandaya daha çox fayda vermək istəyirəm. Həm də bu, məşqlərdə çəkdiyimiz əziyyətlərin bəhrəsidir.

Mənim ilk növbədə hədəfim komandama kömək etməkdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
sportinfo.az

10Mənbələr