İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Livanda “Hizbullah” hərəkatının hədəflərinə hücum edib. Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun (IDF) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, həm Livanın dərinliklərində, həm də ölkənin cənubundakı hədəflərə zərbələr endirilib. Qeyd olunub ki, zərbələr nəticəsində hərbi obyektlərə ciddi ziyan dəyib, həmçinin “Hizbullah” hərəkatının üzvlərinə məxsus infrastrukturlar dağıdılıb.