Bakı. Trend:
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdənbağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təminolunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışdaolduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismindəaxtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvilverilib.
Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.